Əliyev və Paşinyan Gürcüstanda sülh müqaviləsi imzalayacaqlar, artıq Tbilisidə Azərbaycan və Ermənistan liderlərinin görüşünə və sülh erasının başlanğıcını göstərən sənədin imzalanmasına fəal hazırlıq gedir. Bu barədə İrəvan mətbuatı məlumat yayıb.
Həmçinin bildirilir ki, bu sənədin imzalanması Ermənistanın Qarabağdan rəsmi və qəti şəkildə imtina etməsi demək olacaq.
“İrəvan bu regionun işlərinə heç bir şəkildə qarışmamağı öhdəsinə götürür və yerli erməni əhalisi Ermənistan vətəndaşlığından və maliyyə vəsaitindən məhrum ediləcək”, – KİV yazır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.