ABŞ prezidenti Co Bayden öz hərəkətləri ilə ölkəni Avropanın taleyini təkrarlamaq riski ilə üz-üzə qoydu. Bu barədə 19FortyFive-ın köşə yazarı Cek Spenser yazır.
Xüsusilə, söhbət Baydenin enerji siyasətini dəyişmək istəməməsindən gedir. Spenser xatırladıb ki, hazırda ABŞ və Avropa neft, qaz və kömür yataqlarının işlənməsini məhdudlaşdırır. Onun fikrincə, bu, enerji daşıyıcılarının qiymətinin qalxmasına gətirib çıxarır, həm də Qərbdə genişmiqyaslı enerji böhranına səbəb olur.
“Enerji qiymətlərinin sürətlə artması. Yanacağın paylanmasının tənzimlənməsi. Sənayesizləşdirmə. Hazırda Avropada baş verənlər budur. Prezident Co Bayden enerji siyasətini dəyişməsə, biz də tezliklə eyni problemlərlə üzləşəcəyik.
Bundan əlavə, ABŞ-ı riskə atan başqa bir amil də var. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovun dediyi kimi, bu, Amerika hakimiyyətinin Moskvaya qarşı sanksiyaların zərərini tanımaq istəməməsidir.- Spenser bildirib. Rifan.ru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.