Noyabrın 3-də Brüsseldə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının deputatının sədrliyi ilə üçüncü iclası keçirilmişdir. Ermənistanı Respublikasının baş naziri Mher Qriqoryan Azərbaycanı baş nazirinin müavini Şahin Mustafayev təmsil edib. Azadmedia.az xəbər verir ki, bu barədə ER XİN-in mətbuat xidməti məlumat yayıb.
İclas başlamazdan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino Ermənistan Respublikası və Azərbaycan nümayəndə heyətlərini salamlayıb, onlara uğurlu iş arzulayıb və Avropa İttifaqının münasibətlərin normallaşmasına bundan sonra da yardım etməyə hazır olduğunu təsdiqləyib.
Tərəflər Ermənistan və Azərbaycan liderləri səviyyəsində müxtəlif formatlarda əldə edilmiş razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərini müzakirəni davam etdirib, həmçinin təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Komissiyaların birgə fəaliyyətinin hüquqi bazasını müəyyən etmək üçün tərəflər Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası ilə Dövlət Komissiyasının birgə fəaliyyətinin prosedurunun razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.
Tərəflərin komissiyaların dördüncü iclasının tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığı əldə edilib.
Today Yerevan-dan tərcümə etdi:
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.