AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəfər qələbəsi ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq

  • + A
  • - A
  • 8-11-2022, 12:15

    Zəfər qələbəsi ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq

    İbrahim Cəfərov,
    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru


    Azərbaycanın bütün bölgələrində Zəfər Günü qeyd edilir. Möhtəşəm hisslərdir. Bu bayramı hər birimiz haqq edir, sevinclə, qürurla qeyd edirik.
    Cənab Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə möhtəşəm qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir.
    Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin əsas prioriteti olub. Bu istiqamətdə atılan addımlar, aparılan danışıqlar bunu deməyə əsas verir. Cənab Prezident İlham Əliyev hər zaman rəsmi olaraq bəyan edib ki, öz ərazisini heç bir dövlətə güzəştə getməyəcək, aparılan danışıqlarda ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz. Biz münaqişənin sülh yolu ilə həllinə çalışırıq və bunun üçün dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyini qəbul edirik. Azərbaycan torpaqlarını danışıqlar yolu ilə yox, canları, qanları bahasına döyüşərək geri aldı.
    Dövlət, Xalq və Ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı. Tariximizin şanlı səhifəsi hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi nəticəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz qalib gəldi, Ermənistan ordusunu ağır məlubiyyətə uğradaraq tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımızı azad edərək, 30 illik nisgilə, həsrətə son qoydu. Bu qələbə haqqın, ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq.
    44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfəri təkcə bizim ölkəmizin deyil, həm də bütün Cənubi Qafqaz bölgəsinin əmin-amanlığı və inkişafı üçün yeni imkanlar yaratdı. Zəfər Qələbəsindən sonra bu kəlmələr dillər əzbəri olub, bütün tədbirlərdə, əlamətdar günlərdə səslənir. Mən də çıxışımı bu möhtəşəm, qürurverici kəlmələrlə bitirirəm:
    Yaşasın Ali Baş Komandan!
    Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
    Qarabağ Azərbaycandır!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR