G20 sammitinə Rusiya prezidenti Vladimir Putinin əvəzinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov gedəcək. Azadmedia.az Bloomberg agentliyinə istinadən bildirir ki, səbəb kimi Kremlin prezidenti potensial gərginlikdən qorumağa çalışması göstərilir.
Materialda belə bir qərarın Rusiya liderinin digər dövlətlərin başçıları, o cümlədən ABŞ prezidenti Co Baydenlə potensial qarşıdurmadan qaçmasına imkan verməsi ilə əlaqədar verildiyi qeyd edilir. Bundan əlavə, agentliyin həmsöhbətinin sözlərinə görə, Kreml bu addımı həm də Qərb liderlərinin Putindən çəkinəcəyindən qorxduğu üçün atıb.
Tərcümə etdi: Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.