Azadmedia.az “Joqovurd” qəzetinə istinadən məlumat verir ki, qondarma Artsax Müdafiə Ordusunun keçmiş komandanı, general-leytenant Mikael Arzumanyana qarşı başlanmış cinayət işi üzrə respublika prezidenti Arayik Arutyunyan dindirilib.
Müdafiə Ordusunun generallarının Artsaxdan İrəvana gəldiyini, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşdüyünü yazan mənbə qeyd edir ki, Arzumanyanın azad edilməsi məsələsi müzakirə edilib və onun həbsdə tək olması ədalətsizlik hesab edilib.
Cinayət prosesində bir sıra üz-üzə qarşıdurmalar davam edir.
Qeyd edək ki, cinayət prosesinin gedişində üzləşdirmə adətən işdə iştirak edən şəxslərin ifadələrində ziddiyyətlər olduqda həyata keçirilir.
"Arzumanyan sentyabrın 1-də həbs edilib və hələ də həbsdədir. Ona qarşı ittiham irəli sürülməzdən əvvəl Milli Məclisin deputatı, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan da şahid qismində dindirilib”, – qəzet yazır.
Tərcümə etdi:
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.