AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Parlamenti Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib

  • + A
  • - A
  • 10-11-2022, 22:54

    Avropa Parlamenti Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib

    Avropa Parlamenti Xorvatiyanın Şengen zonasına daxil olması qarşısındakı maneələri aradan qaldırıb. Reuters agentliyinin məlumatına görə, sərhəd nəzarətinin ləğvinin lehinə 534 deputat, əleyhinə isə 53 deputat səs verib.
    Yekun qərarı indi Ədliyyə və Daxili İşlər nazirləri səviyyəsində Aİ Şurası qəbul etməlidir. Bununla belə, bu, formal xarakter daşıyacaq, çünki ötən ilin sonunda bu qurum artıq Xorvatiyanın Şengen zonasına daxil olmaq üçün müraciət etmək üçün bütün meyarlara cavab verdiyini qəbul edib.

    "Xorvatiyanın yeri Şengen zonasındadır. Kriteriyalar yerinə yetirilib. Avropa Parlamenti yaşıl işıq yandırıb. İndi növbə Aİ Şurasınındır", - Avropa Parlamentinin sədri Roberta Metsola səsvermədən sonra Twitter sosial şəbəkəsində yazıb.

    Bundan əvvəl Xorvatiyanın baş naziri Andrey Plenkoviç respublikanın Şengen zonasına 2023-cü il yanvarın 1-də qoşulmağı gözlədiyini bildirib. Onun sözlərinə görə, ölkənin Şengenə daxil olması ölkə büdcəsinin turizmdən daxilolmalarını ciddi şəkildə artıracaq.
    Tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR