AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Rusiya ilə danışıqlara qapını bağlamadığını deyir

  • + A
  • - A
  • 11-11-2022, 02:06

    Zelenski Rusiya ilə danışıqlara qapını bağlamadığını deyir

    Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlara qapını bağlamadığını bildirib.

    “Mən (danışıqlar üçün) qapını bağlamadım. Mən dedim ki, biz Rusiya ilə danışmağa hazır olacağıq, amma başqa Rusiya ilə, həqiqətən də sülhə hazır olacaq Rusiya ilə”. Azadmedia.az rus kiv-lərinə istinadən xəbər verir ki, bu sözləri Zelenski CNN-ə müsahibəsində deyib.

    Çərşənbə axşamı Volodimir Zelenski Qərb mediasının Kiyevin Rusiya ilə dialoqa sövq edilməsi ilə bağlı xəbərlərindən sonra Ukraynanın dialoqa başlamaq üçün şərtlərini açıqlayıb. Onun sözlərinə görə, bu, “ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, bütün itkilərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanətdir”. Eyni zamanda, bir müddət əvvəl Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDM) Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarının icrası haqqında fərman imzalayıb. O, bəyan edib ki, Putin prezident olduğu müddətdə Ukrayna Rusiya ilə heç bir danışıqlar aparmayacaq.

    Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Rusiyanın Ukrayna ilə danışıqlar üçün heç bir ilkin şərti yoxdur, lakin Kiyev xoşməramlılıq nümayiş etdirməlidir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna ilə danışıqlar məsələsini şərh edərkən bildirib ki, Kiyev və onun kuratorları danışıqlara ehtiyac duymur, onların məqsədi dağıdıcıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR