ABŞ prezidenti Co Bayden Kambocada keçirilən Şərqi Asiya Sammitinin iştirakçıları qarşısında çıxış edib. O, çıxışında Çinlə əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Onun sözlərinə görə, ABŞ Çinlə rəqabət aparacaq, lakin bu rəqabətin münaqişəyə çevrilməsinə imkan verməyəcək.
“Birləşmiş Ştatlar ÇXR ilə fəal rəqabət aparacaq və ÇXR-də insan hüquqlarının pozulması ilə bağlı öz sözünü deyəcək, eyni zamanda açıq ünsiyyət xətlərini qoruyacaq və rəqabətin münaqişəyə çevrilməməsini təmin edəcək”, - Co Bayden bildirib.
Joe Biden-in çıxışından sonra Ağ Evin mətbuat xidmətindən verilən açıqlamada deyilir ki, ABŞ prezidenti Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını ən kəskin şəkildə pisləyib, Tayvan boğazı ətrafında sülh və sabitliyin qorunmasının vacibliyini bəyan edib və KXDR-dən gələn təhlükələrdən narahatlığını bildirib.
"Kommersant"dan tərcumə etdi: Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.