Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.
Bundan əlavə, qətnamə layihəsində milyonlarla azərbaycanlının 30 illik işğal ərzində fundamental insan hüquqlarından məhrum olunduqları, müharibə cinayətlərinə məruz qaldıqları və digər faktların nəzərə alınmadığına, Azərbaycana isə təcavüzkar rolu ayrıldığına diqqət cəlb edilib.
Azadmedia.az xəbər verir ki, xəbəri Sosial Tədqiqatlar Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əziz Əlibəyli paylaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.