Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmi olaraq elan edib.
Bu barədə keçmiş ABŞ prezidenti Florida ştatında çıxışı zamanı bildirib.
"Bu axşam mən ABŞ prezidentliyinə namizədliyimi elan edirəm", - deyə D.Tramp bildirib.
O qeyd edib ki, namizədliyini Amerikanı yenidən möhtəşəm etmək üçün irəli sürüb.
Xatırladaq ki, daha əvvəl Donald Trampın namizədliyini irəli sürdüyü barədə sənəd dərc edilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.