ABŞ və NATO ölkələri Polşada raketlərin düşməsi ilə bağlı insidentin araşdırılmasına dəstək vermək niyyətindədir. Azadmedia az rus kiv-lərinə istinadən məlumat verir ki, bu açıqlama ilə ABŞ prezidenti Co Bayden çıxış edib.
O, Bali sammitindən sonra dünya liderləri ilə görüş keçirib. Baydenin sözlərinə görə, o, NATO və G7 üzvlərinə Polşa prezidenti Anjey Duda və Alyansın baş katibi Yens Stoltenberqlə danışıqlar aparıb. O əlavə edib ki, Qərb ölkələri növbəti addımları kollektiv şəkildə müəyyən edir.
“Biz Polşanın Ukrayna sərhədi yaxınlığındakı Polşa kəndlərində baş verən partlayışla bağlı araşdırmasına dəstək verməyə razılaşdıq. Və mən əmin olacağam ki, nə baş verdiyini dəqiq anlayaq”, - Bayden deyib.
Bundan əvvəl Amerika lideri Polşaya düşən raketlərin Rusiya mənşəli olması ehtimalını dəyərləndirib. Baydenin sözlərinə görə, ilkin qiymətləndirmə belə bir ehtimalı təkzib edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.