Ceyhun Məmmədov,
Millət vəkiliAzərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər zaman İranla münasibətlərin qorunmasına çalışdı. İran tərəfi isə davamlı olaraq Azərbaycanı ittiham etməyə, ərazi iddiaları irəli sürməyə, ölkəmizdə casus şəbəkəsi yaratmağa çalışdı.
2020-ci ildə Vətən Müharibəsində qələbədən sonra Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq bu körpüyə Azərbaycanın dostluq körpüsü kimi baxdığını bildirdi. Bu əslində İrana mesaj idi ki, biz sizinlə dostluqda və bu əlaqələrin inkişafında maraqlıyıq. Bu günə kimi nə etmişiniz onun cavabını özünüz verəcəksiniz. Ancaq gəlin bu gündən sonra dost olaq, əlaqələrimizi bu istiqamətdə inkişaf etdirək.
İran nə etdi? İran bu təklifə Azərbaycan İran sərhədində hərbi təlimlər keçməklə, İran səfiri Ermənistan Azərbaycan sərhədinə gedərək oradan Azərbaycan tərəfə baxmaqla, Ermənistana silah verməklə, öz mediasında Azərbaycanın ünvanına hədyanlar və ittihamlar yağdırmaqla, ölkəmizdə casus şəbəkəsinin əhatə dairəsini genişləndirməklə cavab verdi. Hətta bir az da irəli gedərək Zəngəzur dəhlizinin açılmasının İran üçün qırmızı xətt olduğunu bildirdi.
İranın bu addımlarından və təxribatlarından sonra Azərbaycan nə etməli idi? Heç bir reaksiya verməməli idi? İranın Ermənistanı Azərbaycan əleyhinə dəstəkləməsinə göz yummalı idi?
İranın bu davarnışlarına onun təxribatyönümlü addımlarından sonra sərt reaksiya verməyin zamanı gəlmişdi. Çünki İran bütün sərhədləri keçmişdi.
Əgər İran istəmirsə ki Azərbaycan bu reaksiyanı verməsin onda Azərbaycan əleyhinə təxribatlara son qoysun, İran ərazisində Azərbaycan əleyhinə təbliğat aparan qrupların fəaliyyətini, ideoloji təbliğatı dayandırsın, Azərbaycan tərəfindən axtarışda olan cinayətkarları Azərbaycana təhvil versin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.