AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü mühüm məqamlarla yadda qalmışdır

  • + A
  • - A
  • 20-11-2022, 13:15

    Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü mühüm  məqamlarla yadda qalmışdır

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bir sıra mühüm məsələlərə toxunaraq, qeyd etmişdir ki, iki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyularaq, tarixi ədalət bərpa edilmişdir. Eyni zamanda, Azərbaycanın 44-günlük Vətən müharibəsindəki qələbəsi de jure və de facto BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi qətnamələrinin icrası və nəticə etibarı ilə beynəlxalq hüququn döyüş meydanında bərpası idi. Bu möhtəşəm addımla ölkəmiz otuz ilə yaxın bir müddətdə münaqişəni həll etməkdə acizlik nümayiş etdirən ATƏT-in Minsk qrupuna tarixi dərs verdi.
    Təəssüf ki, uzun müddət davam edən işğal ağır nəticələrə səbəb olmuşdur. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinmiş, zamanında böyük və çiçəklənən şəhər olan Ağdam tamamilə dağıdılmış, onun “Qafqazın Xirosiması” adlandırırması dağıntıların miqyası haqqında əyani formada xəbər verir.
    Ermənistanın silahlı qüvvələri tərəfindən bizim ərazilərimizdə bir milyondan çox basdırılan minalar hələ də can almaqda davam edir. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Ancaq münaqişənin acı nəticələrinə rəğmən, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərini dayanmadan aparır və doğma yurd-yuvalarını tərk etmiş məcburi köçkünlərin geriyə dönmələri üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışdır. Əhəmiyyətli məsələlərdən biri də ondan ibarətdir ki, ölkəmiz Zəngəzur dəhlizinin açılmasını fəal şəkildə təşviq edir və bununla bağlı öz ərazisində genişmiqyaslı işlərə start vermişdir. Belə bir dəhlizin açılması həddindən artıq önəmli xarakter daşıyır və bütün region ölkələri üçün faydalı olacaq.
    Xüsusi olaraq vurğulanmalıdır ki, IX Zirvə görüşü cöğrafi sərhədləri çox geniş olan türk dünyasının birliyinin ən yüksək pillədə olmasını təsdiq etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq”. Böyük bir ailə olan türk dünyası beynəlxalq müstəvidə cərəyan edən bütün proseslərə ciddi şəkildə təsir edə bilir və türk dövlətlərinin sarsılmaz qardaşlığı buna hər cür imkan yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR