AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran sanksiyalara baxmayaraq, pilotsuz təyyarələr yaratmaq üçün ABŞ hissələrindən istifadə edir

  • + A
  • - A
  • 23-11-2022, 08:40

    İran sanksiyalara baxmayaraq, pilotsuz təyyarələr yaratmaq üçün ABŞ hissələrindən istifadə edir

    İran, idxalına qadağa qoymalı olan sanksiyalara baxmayaraq, hücum dronlarını yaratmaq üçün ABŞ və Avropa ölkələrinin komponentlərindən istifadə edir. Bu barədə The New York Times Conflict Armament Research təşkilatının araşdırma məlumatlarına istinadən yazır.

    Tədqiqatçılar üç dron modelini (Shahed-131, Shahed-136 və Mohajer-6) tədqiq edib və dünyanın 13 ölkəsində 70 istehsalçıdan 500-dən çox komponent tapıblar ki, bu komponentlərin 82%-i ABŞ istehsalıdır. Əksər hissələri 2020 və 2021-ci illərdə istehsal olunub.

    Qeyd edək ki, Ukrayna rəsmiləri İranı Rusiyaya Mohajer-6 və Shahed-136 pilotsuz təyyarələri satmaqda ittiham edir. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Kremlin İrandan gələn pilotsuz təyyarələrin Ukraynada istifadəsindən xəbərsiz olduğunu bildirib. Noyabrın 5-də İranın xarici işlər naziri etiraf edib ki, onun ölkəsi Rusiyaya pilotsuz təyyarələr tədarük edib, lakin “az miqdarda” və bu, Ukraynada hərbi əməliyyatlar başlamazdan “bir neçə ay” əvvəl olub.
    Tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR