Birləşmiş Ştatlar İran hakimiyyətini İraq ərazisinə endirdiyi zərbələrə görə onun ərazi bütövlüyünü pozmaqda ittiham edib. Dövlət Departamenti bildirib ki, Vaşinqton Tehranın hərəkətlərini pisləyib və onu zərbələri dayandırmağa çağırıb.
Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında "Birləşmiş Ştatlar İraqın ərazi bütövlüyünün bu dəfələrlə və açıq şəkildə pozulmasını qətiyyətlə pisləyir və İranı növbəti təhdid və zorakılıqdan çəkinməyə çağırır" deyib.
Qeyd edək ki, noyabrın 21 və 22-də İran İraq Kürdüstanına raket zərbələri endirib. İslam İnqilabı Keşikçiləri Korpusu quru qüvvələrinin komandanı briqada generalı Məhəmməd Pakpur İraqın şimalında "anti-İran separatçı qruplar"a qarşı hücumların davam edəcəyi ilə hədələyib və ətraf ərazilərdən dinc sakinlərin təxliyyə edilməsinə çağırıb.
Tərcümə etdi: Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.