Kim Çen Inin sas məqsədi dünyanın ən güclü nüvə silahına malik olmaqdı
Şimali Koreya lideri Kim Çen In bildirib ki, Şimali Koreyanın əsas məqsədi dünyanın ən güclü strateji nüvə gücünə sahib olmaqdır. Azadmedia.az xəbər verir ki, bu xəbəri Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.
“Dövlətimizin və xalqımızın ləyaqətini və suverenliyini hər zaman etibarlı şəkildə müdafiə etmək üçün nüvə qüvvələri yaratmaq bizim böyük son məqsədimiz ən böyük və ən mühüm inqilabi məqsədimizdir. Bizim əsas məqsədimiz dünyanın ən güclü strateji qüvvələrinə, son əsrdə görünməmiş mütləq gücə sahib olmaqdır”, - deyə onun hərbçilərə və alimlərə müraciətində deyilir.
Xatıeladaq ki, sentyabrın 9-da Şimali Koreya özünü nüvə silahına malik dövlət elan edən fərman qəbul edib. Koreya yarımadasının nüvəsizləşdirilməsi çağırışlarına cavab olaraq Kim Çen In bildirib ki, KXDR heç vaxt nüvə silahından əl çəkməyəcək. Payızda KXDR bir sıra raket buraxılışları həyata keçirib və bu, regionda gərginliyi artırıb. ABŞ Rusiya və Çini Şimali Koreyanı nüvə sınaqlarını bərpa etməməyə inandıra biləcəyinə ümid etdiyini bildirib.
Tərcümə etdi: Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.