Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Belarusun xarici işlər naziri Vladimir Makeyin ölümünə münasibət bildirib. Azadmedia.az xəbər verir ki, Xanım Zaxarova Telegram-da yazıb: “Belarus Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Vladimir Makeyin ölümü ilə bağlı xəbərlər bizi şoka salıb.
Xatırladaq ki, Vladimir Makey bir gün əvvəl, noyabrın 26-da 64 yaşında vəfat edib. Ölümün səbəbi məlum deyil. Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi yalnız nazirin “qəfil dünyasını dəyişdiyini” bildirib.
Vladimir Makei 2012-ci ildən Belarus Xarici İşlər Nazirliyinə rəhbərlik edir. Bundan əvvəl o, Prezidentin köməkçisi (2000-2008) və Prezident Administrasiyasının rəhbəri (2008-2012) olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.