AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ bu ölkəyə səfər etmək və ya orada təhsil almaq istəyən rusları qəbul etməyə hazırdır

  • + A
  • - A
  • 28-11-2022, 09:01

    ABŞ bu ölkəyə səfər etmək və ya orada təhsil almaq istəyən rusları qəbul etməyə hazırdır

    ABŞ-ın Moskvadakı müvəqqəti işlər vəkili Elizabed Rud bildirib ki, ABŞ ruslara immiqrasiya vizası vermək üçün ölkə axtarır. Onun sözlərinə görə, Vaşinqton bilir ki, Rusiya vətəndaşları üçün bu kateqoriyadan olan vizaların rəsmiləşdirildiyi Polşada sənədləri emal etmək çətindir.

    “Biz indi bu məqsədlə ruslar üçün başqa, daha əlçatan yerləri müəyyən etməyə çalışırıq”, - xanım Rud RİA Novosti-yə bildirib. O qeyd edib ki, ABŞ bu ölkəyə səfər etmək və ya orada təhsil almaq istəyən rusları qəbul etməyə hazırdır.

    Xanım Rud Rusiya səfirliyində, xüsusən də konsulluq şöbəsində işçilərin sayının azlığından şikayətlənib. Onların vaxtlarının çoxunu amerikalılara, o cümlədən həbsdə olanlara xidmət etməklə keçirdiyini deyən xanım Rud əlavə edib ki, biz konsulluq xidmətlərinin tam spektrini təmin edə bilməsək də, Rusiya vətəndaşları ABŞ səfirliyinin olduğu istənilən ölkədə Amerika vizaları üçün müraciət edə bilərlər.

    Azadmedia.az xatırladır ki, Rusiya, ABŞ-la diplomatlarının deportasiya mübadiləsi zamanı bu ölkəni dost olmayan dövlətlər siyahısına daxil edib. Bu səbəbdən Vaşinqtona rusiyalıları və üçüncü ölkə vətəndaşlarını Rusiya səfirliyində işə götürmək qadağandır. 2021-ci ilin oktyabrında ABŞ ruslara Polşada immiqrasiya vizası üçün müraciət etməyi tövsiyə etdi. 2022-ci il sentyabrın ortalarından etibarən Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi sazişi dayandırılıb. Polşa ruslara viza verilməsini dayandırıb və onların Şengen zonasına daxil olmasını qadağan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR