AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

30 il əvvəl Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu

  • + A
  • - A
  • 28-11-2022, 10:08

    30 il əvvəl Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu

    Ceyhun Məmmədov,
    Millət vəkili

    Prezident İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışı ilə əlaqədar

    Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibəti ilə tədbirdə Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev YAP-ın üzvlərini və qonaqları salamlayıb və YAP-ın yaranmasının 30-cu ildönümü münasibətilə YAP-ın bütün üzvlərini təbrik etdi. Cənab Prezident YAP-ın ilk günlərindən söhbət açdı və Partiyanın keçdiyi tarixi yoldan danışdı.
    1990-cı illərin əvvəllərində Azərbaycan ciddi təhlükə və təhdidlərlə üz-üzə qalmışdı. Torpaqlarımızın Ermənistan tərəfindən ard-arda işğalı ölkəni sürətlə uçuruma aparırdı. Ölkə artıq vətəndaş müharibəsi və qardaş qırğını ərəfəsində idi. Bütün bu təhdidlərin və faciələrin qarşısını Ulu Öndər Heydər Əliyev öz həyatını təhlükəyə ataraq aldı. Ölkənin belə bir ağır dövrdə olduğu zamanda ölkənin gələcəyini düşünən bir qrup ziyalı və ictimai xadim bir araya gələrək Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünü irəli sürdülər. Qısa müddətdə Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə Yeni Azərbaycan Partiyasının formalaşması istiqamətində ciddi addımlar atıldı. Həmin dövrdən başlayaraq Yeni Azərbaycan Partiyası sürətli inkişaf mərhələsinə daxil oldu, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadı. Beləliklə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Əgər Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsə və təxribatların qarşısını qətiyyətlə almasa bəlkə də bu gün Azərbaycan yox idi. Çünki ermənilərin əsas məqsədi və hədəfi bütövlükdə Azərbaycanı işğal etmək idi. Onun hakimiyyətə gəlməsi və həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində Ermənistanın bu məkrli və çirkli planının qarşısı alındı. Ulu Öndər uzaqgörən və müdrik addım ataraq Ermənistanla atəşkəs sazişinin imzalanmasına nail oldu. Bu, Azərbaycana gücünü toplamaq, ordu quruculuğunu uğurla aparmaq, inkişafa nail olmaq üçün yeni imkanlar yaratdı".
    Həmin dövrdən başlayaraq Azərbaycan mərhələli şəkildə düşdüyü ağır durumdan çıxmağa başladı: "İqtisadi inkişaf, ictimai-siyasi sabitlik təmin olundu, ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı.
    Azərbaycan Ordusu tezliklə dünyanın güclü orduları sırasına daxil oldu. Sonrakı dövrdə bu qəhrəman ordu sayəsində Azərbaycan 44 günlük müharibədə torpaqlarımızı Ermənistanın işğalından azad edərək şanlı qələbəsini təmin etdi. Son 250 illik tarixində ilk dəfə Azərbaycan torpaq itirmədi. İşğala qalmış ərazilərini 44 günlük müharibədə qəhrəmancasına azad etdi. Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrildi.
    Ulu Öndər Heydər Əliyevin başlatdığı işləri uğurla sona çatdırdı. Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın azad olunması idi. 2020-ci ildə onun bu arzusu da Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, xalqımızın birliyi, həmrəyliyi, qəhrəman vətən övladlarının rəşadəti nəticəsində həyata keçdi. Bu qələbədə Yeni Azərbaycan Partiyasının xüsusi payı var. Partiya mənsubları bütün platformalarda Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliyinin ifşası istiqamətində böyük fəallıq nümayiş etdirir, informasiya müharibəsinin ön cərgəsində liderliklərini qoruyurlar. Bu gün Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti, qurduğu əməkdaşlıqlarla Qafqazın ən böyük, ən mütəşəkkil partiyasına çevrilib. Qarşıda isə çox ciddi hədəf və məqsədlər bizi gözləyir.
    Bu gün Yeni Azərbaycan Partiyası öz fəaliyyətində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prinsip və ideyalara sadiqlik nümayiş etdirərək Azərbaycanın ictimai və siyasi həyatında fəal rol oynayır.
    Dövlət başçısı uğurlu iqtisadi-maliyyə siyasətindən, beynəlxalq mövqelərimizdən də danışdı, üzv olduğumuz təşkilatlar haqqında məlumat verdi.
    "Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir. Müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini verir: "Heç şübhəsiz ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın tarixində, ictimai-siyasi həyatında öz nüfuzunu və mövqeyini qoruyaraq ölkəmizin inkişafına öz ciddi töhfəsini verəcək. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır.
    Tədbirin sonunda cənab Prezident YAP-ın yubleyini qeyd edərkən Ulu Öndərin xatirəsinin anılmasını xüsusi vurğuladı və qeyd etdi ki, Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. Tam əminliklə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyası Azərbaycanı qələbələrə aparan, müstəqilliyimizin və qələbəmizin möhkəmlənməsində ciddi payı olan partiyadır. Vətən müharibəsində mütləq qələbə, Azərbaycanın keçdiyi uğurlu inkişaf bu fikri bir daha təsdiq etdi". Bu gün Azərbaycan xalqı müzəffər xalqdır ,qalib dövlətdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR