AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə “Azərsu” ASC-də Komissiya yaradılıb

  • + A
  • - A
  • 28-11-2022, 17:39

    Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə “Azərsu” ASC-də Komissiya  yaradılıb

    Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” ASC tərəfindən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə “Azərsu” ASC-də Komissiya yaradılıb və Tədbirlər Planı təsdiq edilib.
    Tədbirlər Planına uyğun olaraq 2023-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın keçirilməsi, Ulu Öndərin su təsərrüfatı sektorunda tarixi xidmətlərindən bəhs edən filmin, məqalələrin, xüsusi bülletenin hazırlanması nəzərdə tutulur. Yubileylə əlaqədar media nümayəndələrinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Kür Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunacaq. Eyni zamanda “Azərsu” ASC-də idman spartakiadası, qanvermə və ağacəkmə aksiyaları keçiriləcək.
    Tədbirlər Planının icrası ilə əlaqədar Komissiya üzvlərinə, aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
    Qeyd edək ki, Azərbaycanda su təsərrüfatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Kür Su Təchizatı Kompleksi və Kür-Bakı su kəmərləri sisteminin yaradılması, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin 3-cü növbəsinin inşası, Bakının “Böyük kanalizasiya” layihəsinin hazırlanması və həyata keçirilməsi, respublikanın rayon mərkəzləri və iri yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir.
    Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə içməli və tullantı su sektorunda yeni mərhələ başlanmış, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana ayırdığı güzəştli kreditlər hesabına 1998-2002-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” həyata keçirilmişdir.
    Bakı şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasında müstəsna əhəmiyyəti olan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin təşəbbüskarı da ümummilli lider Heydər Əliyev olub. 2002-ci ilin dekabrında Bakı şəhərinin su təchizatı ilə bağlı geniş müşavirədə ümummilli lider Heydər Əliyev paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirib və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlarını verib. 2007-ci ilin martında təməli qoyulan Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR