Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Rusiya ilə məhbus mübadiləsi üzrə danışıqları davam etdirir. Onun sözlərinə görə, danışıqlar davam edir, Adiminstrasiya onların mümkün qədər tez evə qayıtmasını istəyir.
Azadmedia.az Kommersant-a istinadən xəbər verir ki, sözügedən məhbuslardan biri Pol Uilan 2018-ci ilin dekabrında Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. 2020-ci ildə o, casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. Digəri Brittney Greiner isə 2022-ci ilin fevralında Şeremetyevo hava limanında saxlanılıb. O, 1 milyon rubl cərimə ilə doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.