Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib ki, bəzi ölkələr “siyasi səbəblərdən” Kiyevə kifayət qədər miqdarda silah satmaq istəmir. Azadmedia.az xəbər verir ki, o, söhbətin hansı ölkələrdən getdiyini dəqiqləşdirməyib.
“Politico” nəşrinə müsahibəsində nazir bildirib ki, Ukraynanın xüsusilə hava hücumundan müdafiə sistemləri və tanklarına ehtiyacı var. Onun sözlərinə görə, indi silah təchizatı məsələsi ən kəskin olaraq qalır.
Cənab Kulebanın fikrincə, Kiyev bu ölkələri razı salmağa çalışmaq üçün "aylar sərf etmək" əvəzinə, öz silah istehsalına başlamalıdır.
“The New York Times” qəzeti NATO-ya üzv olan kiçik ölkələrin Ukraynaya silah vermək potensialını tükəndiyini yazıb. Alyansın baş katibi Yens Stoltenberq Ukraynaya dəstəyin qərblilərə baha başa gəldiyini deyib, lakin onları bu dəstəyi davam etdirməyə çağırıb. Bu həftə Ukrayna hakimiyyəti 800 km və ya daha çox mənzilli raketlər istəyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.