Qazaxıstan Respublikası Baş Prokurorluğunun tabeliyində fəaliyyət göstərən Hüquq-mühafizə orqanları Akademiyası tərəfindən BMT-nin regional ofisi ilə birlikdə cari ilin 22-24 noyabr tarixlərində Astana şəhərində “Kibercinayətlərə dair cinayət işlərinin istintaqının xüsusiyyətləri. Beynəlxalq əməkdaşlıq: təcrübə, vəziyyət, taktika və problemlər” adlı təlim keçirilib.
Təlim çərçivəsində bu sahədə geniş təcrübəsi olan ekspertlər rəqəmsal məlumatların əldə edilməsi və istifadəsi mövzuları ilə çıxışlar ediblər.
Təlimdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Ramil Ədilov iştirak edərək “İnformasiya-kommunikasiya texnologiyalarının cinayət məqsədləri üçün istifadəsinə qarşı mübarizənin təşkili yolları” mövzusunda çıxış edərək ölkəmizdə bu sahədə baş verən cinayət təqibinin xüsusatları barədə məlumat verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.