İspaniya Milli Məhkəməsi Ukraynanın Madriddəki səfirliyi yaxınlığında baş vermiş partlayışla bağlı işə mümkün terror cinayəti kimi baxmaq niyyətindədir. Azadmedia.az xəbər verir ki, bu barədə mənbələrə istinadən EFE məlumat yayıb.
Agentliyin məlumatına görə, İspaniya Milli Məhkəməsinin baş hakimi Xose Luis Kalama polisin rəsmi hesabatını aldıqdan sonra işə başlayacaq.
Məlumata görə, saat 13:17-də Ukrayna nümayəndə heyəti polisə bildiriş göndərib, bundan sonra yerli hüquq-mühafizə orqanları antiterror protokolunu aktivləşdirib. Polis və məhkəmə ekspertizası ilə yanaşı, TEDAX bomba zərərsizləşdirilməsi bölməsinin üzvləri də hadisə yerində olub.
Xatırladaq ki, ötən gün, noyabrın 30-da Madriddəki Ukrayna səfirliyi yaxınlığında baş vermiş partlayış nəticəsində diplomatik nümayəndəliyin əməkdaşı xəsarət alıb. Hadisədən sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynanın xaricdəki bütün diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.