AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən hüquqi maarifləndirmə tədbirləri keçirilib

  • + A
  • - A
  • 2-12-2022, 11:16

    Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən hüquqi maarifləndirmə tədbirləri keçirilib

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi tərəfindən “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsiilə birgə “Gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərin artırılması” mövzusunda tədbir keçirilib. Bundan başqa, Cəlilabad Rayon Heydər Əliyev Mərkəzi,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyi ilə birgə “Erkən nikahlar insan hüquqlarının pozulmasıdır” mövzusunda hüquqi maarifləndirici tədbir təşkil olunub.
    Ombudsmanın Cənub Regional mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışlarında ölkəmizdə insan hüquqları ilə bağlı islahatlardan danışıb,Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində geniş fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.Z.İsmayılov cəmiyyətin hər bir üzvünün erkən nikah hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinə həssaslıqla yanaşmasının vacibliyini diqqətə çatdırıb.
    Tədbirlər müzakirələrlə davam edib və yekunda gənclərinsualları cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR