AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür

  • + A
  • - A
  • 12-12-2022, 08:49

    Bu gün Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür

    Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bütün bölgələrində anım tədbirləri keçirilir.Dahi öndərin məzarı ziyarət edilir. Ukraynanın Azərbaycandakı Fəxri konsulluğunun təsis etdiyi “Ukrainian Center”in rəhbəri Oleksandr Klassen və “Ukrainian Center”in Şamaxı Regional Filialının rəhbəri və Fəxri Konsulun xüsusi nümayəndəsi Rüstəm İsgəndərli, Ulu öndərin anım günü ilə əlaqədar, Fəxrı Xiyabanı ziyarət edərək, xatirəsini anıblar.
    Dövlət siyasətində xarici əlaqələrin xüsusi önəmi olduğunu öz çıxışlarında daim vurğulayan ölməz liderin miras qoyduğu irs bu gün də öz çəkisini qoruyur. Dahi liderin bu xarici siyasətinin ilk məqsədi dünyanın bütün dövlətləri ilə tərəfdaşlıq və faydalı əməkdaşlıq müstəvisində olmaq idi. Beynəlxalq mövqeyi möhkəmlətmək dostluq münasibəti qoruyan ölkələr üçün prioritet olmalıdır. Bunun üçün qarşılıqlı münasibətlər, iqtisadi, elmi, mədəni sfera bu ölkələr üçün eyni səviyyədə inkişaf etməlidir.

    Azərbaycanın xarici siyasəti sülh mahiyyətli və gələcək perspektivlərə hədəflənən mahiyyətdədir. Bu siyasi kursa sadiq qalaraq, Azərbaycanda uzun zamandır fəaliyyət göstərən Ukrayna Fəxri Konsulluğu və “Ukrainian Center”, xarici siyasətə öz töhfəsini verməklə mükəlləfdir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR