AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycandan möhtəşəm demarş - Laçın yolunu bağladıq və Xankəndi faktiki əhəmiyyətsizləşdi

  • + A
  • - A
  • 12-12-2022, 11:09

    Azərbaycandan möhtəşəm demarş - Laçın yolunu bağladıq və Xankəndi faktiki əhəmiyyətsizləşdi

    Əziz Əlibəyli,
    Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinə rəhbəri

    Azərbaycan ekoloji fəlakət arqumenti ilə Qarabağın yuxarı hissəsinə daxil ola bildi.
    Ekoloqların müqəddəs missiyası bölgədəki sülhməramlıların faktiki təxribatı ilə yarımçıq qalsa da (hələ ki) informasiya hücumunda olan tərəf Azərbaycandır. Belə ki:
    1. Qeyri-hərbi resursları işə salan Azərbaycan əvvəlcə ekoloqları, ardınca QHT və medianı bölgəyə göndərdi.
    2. İnformasiya müharibəsində ideloji üstünlüyü ələ keçirdik.
    3. Volkov misisyası - birbaşa Rusiyanın planları ifşa edildi.
    4. İçkili, narkoman və mülki maşınlarımıza zərbə endirən sülhməramlıların məramı faktiki açıldı.
    5. Separatçı ermənilər də düşdüyü duruma görə, mülki əhalimizin yolu bağlamasına görə, rusları lənətləyirlər.
    6. Hər qarışda "türk görmək" ehtimalı və faktiki görmələri ermənilər üçün ağır -psixoloji durum yaradır.
    7. Mülki azərbaycanlıların yürüyüşü rusları da özgə torpağında olmaları həqiqəti ilə üzbəüz qoyur.
    8. Ermənistanda hazırda keçirilən qlobal sammitdə çıxış edən Paşinyan siyasi texnoloqlarının təklifi ilə dərhal adekvat cavab verdi ki, Azərbaycan Xankədinə hücuma hazırlaşır və soyqırımı edəcək.
    9. Laçın yolunun bağlanması isə Xankəndini faktiki mənasız obyektə çevirir.
    10. 2020-ci ilin müharibəsində Ağdam cəbhəsi necə oyundankənar vəziyyətə düşdüsə, Xankəndi də öz mənasını itirmiş oldu.
    11. Mülki şəxslərimizə qarşı snayper, pulemyot kimi bölgədə qadağan edilən silahlarla bizi qarşılayan sülhmərmalı missiya ola bilməz ki, bölgəyə əlavə qüvvə cəlb edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR