Qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan canlı efirdə Xankəndinə artıq qaz verildiyini elan edib.
Erməni mediası xəbər verir ki, bunu canlı yayında R.Vardanyan deyib və qaz verilişini özlərinin qələbəsi kimi təqdim edib:
“Heç bir ilkin şərt olmadan, heç bir güzəşt olmadan, qonşu dövlət qaz nəqlini bərpa etdi və bu, bizim qələbəmizdir. Yol bu gün gün ərzində açıla bilər. Buna qərar verdilər. Onlar xaricdən güclü təzyiqlərə məruz qaldılar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.