Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi isveçli jurnalist Rasmus Canbäcka rüşvət təklif edib. Rasmus davamlı olaraq Diaspora Komitəsinin ayırdığı pullarla İsveçdə azərbaycanlıların ələ alınmasından, kağız üzərində keçilən tədbirlərdən və sairdən yazır.
Görünən odur ki, Rasmusu da ələ almağa çalışıblar. Alınmayanda açıq rüşvət təklif ediblər. Bu dövlətimizin imicinə zərərdir. Çünki dövlət Diasporun işgüzar fəaliyyəti üçün kifayət qədər vəsait ayırır. İnanıram ki, Diasporla İş üzrə Dövlət Komitəsi gələcəkdə işini düzgün qurmaq üzrə addımlar atacaq. Xaricdə yaşayan azərbaycanılar hər dəfə sosial şəbəkələrdə narazılıqla duasporun ayrı-seçkilik etməsindən, dövlətin ayırdığı pulların bəlli adamlar tərəfindən bölüşdürülmısindən, heç bir iş görülməməsindən, görüntü xatirinə yaxın ətraflarının şəkil çəkdirməsindən yazırlar. Xocalı faciəsinin ildönümünə avtobusda rəqs edərək gedən mühacir azərbaycanlıların yayılan videoları da bunu sübut edir.
https://m.facebook.com/story.php?story_fbid=pfbid0cfWUvagPVwNdwujxKgu4CdsdYmHL5Xy55R3t7ejLzb96uV1b7DUr32AWMseQLtDXl&id=100013504874511&mibextid=Nif5oz
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.