Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, İran Rusiyaya pilotsuz təyyarələrin tədarükünü artırmağı planlaşdırır. Bununla bağlı o, İranın pilotsuz təyyarələr istehsal edən zavodlarının ləğv edilməsini, İranın pilotsuz təyyarə tədarükçülərinin həbsini tələb edib.
“Rusiyaya raket və pilotsuz təyyarələrin tədarükünü artırmağı planlaşdıran İran beynəlxalq sanksiyalar institutunu açıq-aşkar aşağılayır... İşləməyən sanksiyalardan, BMT qətnamələrinin etibarsız konsepsiyasından əl çəkib daha dağıdıcı vasitələrə keçmək vacibdir. — fabriklərin ləğvi, tədarükçülərin həbsi”, – cənab Podolyak Twitter-də yazıb.
Ukrayna rəsmiləri İranın Rusiyaya Mohajer-6 və Shahed-136 pilotsuz təyyarələrini satdığına inanırlar. Kiyev hakimiyyəti dekabrın 14-də İranın Şahed pilotsuz təyyarələrinin dağıntıları nəticəsində iki inzibati binaya ziyan dəydiyini bildirib. İran Xarici İşlər Nazirliyi hərbi əməliyyatların başlamasından bir neçə ay əvvəl Rusiyaya pilotsuz təyyarələrin çatdırılmasını etiraf edib. Dekabrın 12-də Avropa İttifaqı Rusiyanın hərbi dəstəyinə görə İrana qarşı sanksiyalar tətbiq edib.
Rusiya və İran təyyarələrin, helikopterlərin istehsalı və hava nəqliyyatına texniki qulluq üzrə birgə layihələri müzakirə edirlər. Bundan əlavə, yaxın vaxtlarda Moskva və Tehran hərtərəfli əməkdaşlığa dair uzunmüddətli saziş imzalayacaqlar.
Arqumentı i faktı-dan tərcümə etdi: Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.