Dekabrın 25-də bütün ermənilərin İkinci Ali Patriarxı və Katolikosu Karekinin sədrliyi ilə Müqəddəs Qayane monastırında Müqəddəs və Ölməz Liturgiya mərasimi keçirilib. Azadmedia.az xəbər verir ki, bu barədə Eçmiədzin Ana taxt-tacının kansleri məlumat yayıb.
Mərasimdə Ermənistan dövlət nazirinin müşaviri Artak Beqlaryanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib və Müqəddəs Eçmiədzin Ana Taxtının İcması ilə birlikdə Ermənistan və Artsaxın sülhü üçün Allaha dua edib.
Bazar günü bütün ermənilərin katolikosu II Qareginin qondarma Dağlıq Qarabağın nümayəndə heyəti ilə görüşündə Laçın dəhlizinin bağlanması nəticəsində yaranan vəziyyət də müzakirə olunub.
II Qareginin sözlərinə görə, Erməni Apostol Kilsəsi bundan sonra da qondarma Dağlıq Qarabağ ermənilərini dəstəkləmək üçün hər cür səy göstərəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.