AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Ukrayna ilə Kiyevin şərtləri ilə danışıqlar aparmayacaq

  • + A
  • - A
  • 26-12-2022, 07:44

    Rusiya Ukrayna ilə Kiyevin şərtləri ilə danışıqlar aparmayacaq

    Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya Ukrayna ilə danışıqları rədd etmir, lakin Kiyevin şərtləri ilə danışıqlar aparmayacaq. Onun sözlərinə görə, hər şey “yalnız Kiyevin və onun Qərb kuratorlarının böhranın həqiqi siyasi-diplomatik həllinə hazır olmasından asılıdır”.

    “İndiki Kiyev rejiminin qərarlarının və hərəkətlərinin tam qeyri-adekvatlığı göz qabağındadır, onun siyasətçiləri öhdəliksizliyi, danışıqlara getməzliyi və açıq rusofobiyası ilə məşhurdur. Rusiya danışıqlar və münaqişənin siyasi həlli variantını rədd etməsə də, biz Ukrayna rəhbərliyinin irəli sürdüyü şərtlər barədə danışmaq fikrində deyilik”, - deyə cənab Qaluzin TASS-a bildirib.

    Azadmedia.az xəbər verir ki, nazir müavini Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi sülh planını qəbuledilməz adlandırıb. Onun fikrincə, “Ukrayna liderinin “xoşməramlı jest” etmək və Rusiya qoşunlarını Milad bayramına qədər Ukrayna ərazisindən çıxarmaq” təklifi absurddur.
    Xatırladaq ki, Rusiya-Ukrayna danışıqları may ayında dayandırılıb. Oktyabr ayında DXR, LPR, Xerson və Zaporojye vilayətləri Rusiya Federasiyasına qoşulduqdan sonra Ukrayna danışıqlar imkanından rəsmən imtina etdi. Rusiya dəfələrlə dialoqa hazır olduğunu bəyan edib, cənab Zelenski bildirib ki, Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması da daxil olmaqla, yalnız “ədalətli sülhə” nail olmaq mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR