Ceyhun Məmmədov,
Millət vəkili
Dekabrın 21-də Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşərkən vacib məqamlara toxunulmuşdur.
İlk öncə qeyd edək ki, Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiya olub və iki ölkə arasında münasibətlər bu gün də davam etməkdədir.
Bildiyimiz kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eləcə də Serbiya üçün də etibarlı tərəfdaşıq.
Azərbaycanla Serbiya arasında əməkdaşlığın böyük tarixi var və bir çox digər sahələri də əhatə edir.
Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Serbiya prinsipial məsələlərin həllində birgə münasibət göstəriblər. Serbiya eyni zamanda Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olub. İki ölkənin bir-birinin ərazi bütövlüyünün və suverenliyini dəstəkləməsi bu ölkələrin dostluğunun bariz nümunəsidir.
Cənab prezidentin həyata keçirdiyi xarici siyasəti nəticəsində bu dostluqlar gələcəkdə daha da möhkəmlənəcək və ölkəmizin beynəlxalq əlaqələrində xüsusi rol oynamaqda davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.