AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanı parlaq gələcəyə aparan Lider

  • + A
  • - A
  • 26-12-2022, 15:31

    Azərbaycanı parlaq gələcəyə aparan Lider

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

    Azərbaycan Respublikasının yeni tarixində Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi strategiyası əsasında hərtərəfli inamlı inkişaf Dövlət Başçısı, möhtəşəm uğurlara imza atan Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.
    2003-cü ilin 15 oktyabrda keçirilən seçkilərdə xalq bir daha Ümummilli Lider Heydər Əliyevin inkişaf kursunu birmənalı dəstəkləyərək, böyük ruh yüksəkliyi ilə onun layiqli davamçısı İlham Əliyevə səs verərək, ölkədə sabitliyə, əmin-amanlığa sadiq olduğunu nümayiş etdirdi. Burada bir daha Böyük Lider Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixli Azərbaycan xalqına müraciətini xatırlatmaq yerinə düşər: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ölkə Başçısı İlham Əliyev öz fədakar fəaliyyəti ilə Ulu Öndərin ümidlərini doğrultdu, onun ən ümdə arzularını həyata keçirdi, yeni dövlət siyasəti modelini formalaşdırdı.
    Prezidentin çoxşaxəli, sistemli fəaliyyəti ölkəmizin bütün sahələrini əhatə edir. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” - Prezident İlham Əliyevin bu sözləri aydın şəkildə nümayiş etdirir ki, iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi ən mühüm vəzifələr sırasında xüsusi yer tutur. Dövlət Başçısının rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı işlərin və dərin islahatların nəticəsində ölkəmizdə bir çox dövlətlərdən fərqli olaraq, əlverişli makroiqtisadi mühit formalaşmışdır, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələri həyata keçirilir, enerji təhlükəsizliyinin təmin edilməsi prosesində Azərbaycan etibarlı tərəfdaş və mühüm tranzit qovşağına çevrilmişdir.
    Prezidentin rəhbərliyi altında həyata keçirilən praqmatik xarici siyasət nümayiş etdirir ki, ölkəmiz beynəlxalq münasibətlər sistemində ciddi söz sahibinə çevrilmişdir və etibarlı strateji tərəfdaş imicinə malikdir.
    Dövlət Başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi strategiyasının mükəmməl formada qəhrəman ordumuz tərəfindən həyata keçirilməsi nəticəsində ölkəmiz tarixi Zəfərə imza atdı – doğma torpaqlarımızı mənfur düşməndən azad etdi, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu.
    Azərbaycanın 30 ilə yaxın bir müddətdə pozulmuş fundamental hüquqlarının bərpası və Cənubi Qafqazın mədəniyyət incisi hesab olunan Şuşanın azad edilməsi Prezident İlham Əliyevin Zəfər zirvəsidir.
    Ərazilərin azad edilməsindən dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilməsi bütün dünyaya nümayiş etdirdi ki, Qarabağ ən qısa müddətdə Azərbaycan çiçəklənən diyarına çevriləcək. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir. “Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır” – Prezidentin bu sözləri nümayış etdirir ki, onun rəhbərliyi altında Azərbaycan hər bir problemi ən qısa müddətdə həll etmək iqtidarındadır.
    Dövlət Başçısının fəaliyyətinin möhtəşəm nəticələri bir daha təsdiq edirlər ki, Azərbaycanı qarşıda yeni-yeni uğurlar və parlaq gələcək gözləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR