AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

  • + A
  • - A
  • 28-12-2022, 00:51

    Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

    Ceyhun Məmmədov,
    Millət vəkili

    24 dekabr tarixində Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüş keçirdi və gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar deyə bildirdi. Necə ki, bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişdilər. Onları oraya getməyə vadar edən torpaq həsrəti və Vətən sevgisidir.
    Cənab Prezident 11 il öncə öz ad günündə Ağcabədidə məcburi köçkünlərlə bir yerdə olarkən demişdir: “Gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, mən sizin diyarınıza qonaq gələcəyəm” – və o gün gəldi. Ona görə də Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməlidir. Gün gələcək, biz Qərbi Azərbaycanda bu günü xatırlayacağıq.
    Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsi Azərbay¬candan qoparılıb Ermənistana verilib.
    Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, 1920-ci illərdə sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız olan Qərbi Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.
    Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə köçürülməyə məruz qalmışdırlar. Vaxt gələcək onların hüquqları bərpa ediləcək və onlar öz doğma torpaqlarına qayıdacaqlar. Əsas məsələ ondadır ki, inamımızı itirmirik və Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü siyasət nəticəsində buna nail olacağımıza əminik. Tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında tamamilə yeni bir vəziyyət yaratdıq və İnanırıq ki, Qərbi Azərbaycan İcması da hüquqi müstəvidə məqsədyönlü şəkildə lazımi tədbirləri görəcək və qayıdış istəklərini bizə göstərəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR