Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan yeni il müraciətində “təhlükəsizlik müttəfiqlərinin” Ermənistana kömək etmədiyini bildirib.
“2021-ci ilin mayından 2022-ci il sentyabrın 13-dək Ermənistanın suveren ərazisinə qarşı təcavüz ikiqat ağrılı oldu, çünki təhlükəsizlik müttəfiqlərimiz passiv müşahidəçi statusunda qalmağı və ya alternativ olaraq aktiv müşahidəçi statusunu təklif edərək bizi tək buraxdılar.
Amma biz dünyada tək qalmadıq və mən bu vəziyyətə biganə qalmayan, ölkəmiz qarşısında heç bir öhdəliyi olmayan, regionumuzda təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün misilsiz qərarlar qəbul edən dövlətlərə və beynəlxalq təşkilatlara təşəkkür etmək istəyirəm”, deyə Paşinyan qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.