Türkiyənin ölkənin cənubunda yerləşən Hatay vilayətində polis terrorçuluqda şübhəli bilinən 33 nəfəri saxlayıb. Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Axtarışlar zamanı saxlanılan şəxslərdən 2 tapança, 1 ov tüfəngi, döyüş sursatı və narkotik vasitələr götürülüb.
Qəzetin məlumatına görə, saxlanılanlardan 16-nın Türkiyədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasının üzvü olduğu ehtimal edilir. 17 nəfər İslam Dövləti ilə əlaqədə şübhəli bilinir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.