Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko çıxışında bildirib ki, "Kosovo hakimiyyəti “eskalasiyaya doğru gedir”. Azadmedia.az xəbər verir ki, o, RİA Novosti-yə deyib ki, Qərb ölkələri Priştinaya təzyiq göstərməli və onu “döyüş planlarından” əl çəkməyə məcbur etməlidir.
Qruşkonun sözlərinə görə, Kosovo hakimiyyəti "öz kuratorlarının - Avropa İttifaqı (Aİ) və ABŞ-ın açıq və gizli dəstəyinə arxalanır". Onun fikrincə, “Kosovonun hərəkət kursuna təsir edən bütün şəxslər ona siyasi həllin tapılması istiqamətində təzyiq göstərməlidirlər”.
Qeyd edək ki, növbəti eskalasiya dekabr ayında Kosovonun şimalında, təxminən 350 kosovo polisinin serblərin məskunlaşdığı respublikanın şimalını işğal etməsi ilə başladı. Dekabrın 10-da keçmiş serb polisi Deyan Pantiç həbs olunduqdan sonra serblər etiraz etmək üçün küçələrə çıxıblar. Serbiya silahlı qüvvələrini döyüş hazırlığı rejiminə keçirdi, lakin dekabrın 29-da bu rejim ləğv edildi. ABŞ və Aİ tərəfləri dərhal gərginliyi azaltmağa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.