ABŞ administrasiyası yaxın aylarda prezident Co Baydenin adi fiziki müayinəsinin nəticələrini açıqlayacaq. Azadmedia.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
Media nümayəndələri dövlət başçısının tibbi müayinədən keçib-keçməməsi və hökumətin məlumatları ictimailəşdirməyi planlaşdırıb-qalmadığı ilə maraqlanıblar. Buna cavab oıaraq Karine Jean-Pierre cavab verib ki, bütün detallar yaxın gələcəkdə dərc olunacaq.
Amerika liderinin 2022-ci ildə nə qədər dincəldiyi məlum olub. ABŞ Respublikaçıların Milli Komitəsinin Araşdırma Mərkəzi dövlət başçısının 146 gün (bütün təqvim ilinin 40%-i) məzuniyyətdə olduğunu hesablayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.