AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniya Polşaya təzminatların ödənilməsi ilə bağlı danışıqlardan imtina etdi

  • + A
  • - A
  • 4-01-2023, 04:10

    Almaniya Polşaya təzminatların ödənilməsi ilə bağlı danışıqlardan imtina etdi

    Almaniya hökuməti İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyanın ödənilməsi üçün Polşa ilə danışıqlardan imtina edən nota verib. Bu nota Polşa Xarici İşlər Nazirliyi tərəfindən alınıb. Azadmedia.az xəbər verir mi, yanvarın 3-də Polşa BMT-yə bəyanat göndərərək Almaniyadan müharibə təzminatının alınması üçün kömək istəyib.
    Polşa hakimiyyəti İkinci Dünya Müharibəsi zamanı Almaniyadan dəymiş zərərin həcmini 6,2 trilyon zloti (1,3 trilyon dollar) qiymətləndirir. Bu məbləğin ödənilməsini tələb edən notanı sentyabrın 3-də Polşanın xarici işlər naziri Zbiqnev Rau imzalayıb.

    Qeyd edək ki, Polşa hakimiyyəti 2017-ci ildən, təzminat almaq üçün xüsusi parlament komissiyası yaradılandan bəri Almaniyadan müharibəyə dəymiş ziyana görə təzminat tələb edir. Polşa hakimiyyəti təzminatların ödənilməsi ilə yanaşı, təcavüz və alman işğalı qurbanlarına və onların ailələrinə dəymiş ziyanın ödənilməsini tələb edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR