AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Azərbaycanla barışığa başladı, ancaq üsulu tutarlı seçmədi... - ŞƏRH

  • + A
  • - A
  • 4-01-2023, 16:36

    İran Azərbaycanla barışığa başladı, ancaq üsulu  tutarlı seçmədi... - ŞƏRH

    Siyasi şərhçi, "Bakı-Xəbər" İnformasiya Portalının təsisçisi Aydın Quliyev yazır...
    ...XİN başçısı Hüseyn Əmir Abdullahiyanın Azərbaycandakı səfir Seyid Abbas Musəviyə Azərbaycanla münasibətləri tənzimləmək tapşırığı verdiyini eşitdim. ...Maraqlı deyilmi? Ölkənin prezidentinin, Ali dini rəhbərinin, spikerinin, deputatlarının düşmənçilik siyasəti nəticəsində pozulmuş münasibətlərin bərpasını bir səfirin boynuna yükləyirlər. Bir diplomatın belə ağır yükü çəkə biləcəyinə inam hardandır? Görəsən münasibətlərin tənzimlənməsi deyəndə bu tapşırığı vermiş ağayi Abdullahiyan nəyi, nələri nəzərdə tutub? Bu aylar ərzində Azərbaycana düşmənçilik zəminində Ermənistana edilən açıq və gizli jestlərin aqibəti necə olacaq? Əslində biz də İrana qarşı haqq etdiyi addımları atmışıq. Ancaq Azərbaycan dövləti olaraq "bunu İranın acığına edirik "kimi bir prinsip ortaya qoymamışıq. Hər nə etmişiksə dövlətimizin mənafeyi naminə etmişik, ortaya başqasını qatmamışıq. Kimsə deyə bilməz ki, Azərbaycan İranla kəskin ritorikaya başlayandan Səudiyyə və İsrail dövlətləri ilə əvvəlki dövrlərdən fərqli hansısa əməkdaşlıqları etdi. Bu dövlətlərlə əvvəl necə idiksə, o cür də davam etdik. Bu mənada yenidən barışıq olacağı təqdirdə İran rəsmilərinin gözünün içinə dik baxmağa üzümüz və əsaslarımız olacaq. İran nə deyəcək? Gətirib qulağımızın dibində erməniyə "həy"verən hərbi təlimlərə necə haqq qazandıracaq? Ermənilərlə min illərlik münasibətlərdən danışan İran spikeri Azərbaycanın tatixçi alimlərinin üzünə necə baxacaq? Heç olmasa ötən bir ildə kimin nələr etdiyinin açıq müxakirəsinə ehtiyac yoxdurmu? "Sən məni söydün, mən də səni, atamız rəhmətdə, bundan sonra qardaş kimi əl-ələ verib gedərik" deyə bir "prinsipsiz" prinsipi qəbul etmək olarmı?
    Məgər İranın baş diplomatı öz səfirinə məlum tapşırığı verəndə bundan da kəskin suallar olacağını düşünmədi? Bəlkə barışığın belə asanlıqla olmayacağını bildiyi üçün taktiki gediş edir? Hamıya "İran barışıq üçün daha bir cəhd etdi"kimi mesaj verir?...
    Məncə, müasir Azərbaycan-İran münasibətləri o qədər dərinə gedib ki, bir diplomatın üzə biləcəyi dərinlik deyil....İranın prezidenti, Ali rəhbəri nə üçün münasibətlərin yeni səhifəsini açmaq üçün şəxsən üzürxahlıq etməsin?
    Elə İran səfirliyinin qapısında "İran İslam Respublikasının Azərbaycan Respublikasında səfirliyi" sözləri yazılmış lövhəni asmaqdan başlamaq olmazmı?....


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR