Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bazar ertəsi, yanvarın 23-də planlaşdırılan iclasda regionda nizamlanmaya töhfə verməli olan yeni missiyanın Ermənistana göndərilməsi barədə qərar qəbul edəcəklər. Azadmedia.az xəbər verir ki, bu barədə cümə günü Brüsseldə jurnalistlərə Aİ-nin yüksək səviyyəli nümayəndəsi məlumat verib.
"Nazirlər Ermənistan üçün regionda sabitliyin təşviqi üçün missiya yaratmaq barədə qərar qəbul edəcəklər", - deyən diplomatın sözlərinə görə, Aİ Laçın dəhlizi ətrafında baş verənləri narahatlıqla izləyir və vəziyyətin həlli üçün səylər göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.