Türkmənistan parlamenti ikipalatalıdan birpalatalıya çevrildi. TASS yazır ki, bu barədə şənbə günü rəsmi Türkmənistan televiziyasının "Vətən" informasiya proqramında məlumat verilib.
TV-nin məlumatına görə, Türkmənistan parlamenti palatalarının yanvarın 21-də keçirilən birgə iclasının yekunlarına görə, ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı müvafiq konstitusiya qanunu layihəsi Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun baxılması üçün göndərilib. O, bu qanunu təsdiq edib və imzalayıb.
Həmçinin Türkmənistanda xalq hakimiyyətinin ali orqanı olan Xalq Şurası (Xalq Maslaxatı) yaradılıb, ona ölkənin eks-prezidenti, əvvəllər parlamentin yuxarı palatasının sədri olmuş Qurbanqulu Berdiməhəmmədov rəhbərlik edib.
Halk Maslaxatının yaradılması ilə bağlı ölkə konstitusiyasına əlavə və dəyişikliklərə dair konstitusiya qanunları layihələri Türkmənistan prezidenti tərəfindən imzalanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.