ABŞ prezidenti Co Baydenin Delaver ştatının Uilminqton şəhərindəki evində axtarış aparılıb, daha 6 məxfi sənəd tapılıb.
Dövlət başçısının vəkili Bob Bauer bildirib ki, Ədliyyə Nazirliyində aparılan axtarış 12 saata yaxın davam edib. Müsadirə edilən sənədlər cənab Baydenin senator kimi fəaliyyətinə, eləcə də vitse-prezident kimi fəaliyyətinə aiddir. Həmçinin, ekspertlər cənab Baydenin prezident olmasından əvvəlki dövrə aid olan əlyazma qeydlərini götürüblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.