Cari il yanvarın 19-20 də "Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi"ndə iştirak etmək üçün Qonşu ölkədə səfərdə oldum.
Coxmilyonlu soydaşlarımızın tarixinə,sosial-iqtisadi, ictimai siyasi, mədəni-humanitar mühitinə töhfələr verdiyi və müasir həyatında əvəzedilməz iştirak və rola malik olduğu qonşu İranda ilk dəfə olmaq və həssas regionda bu vacib mövzuda iştirakçılara xitab etmək və Azərbaycanın bu sahədəki nailiyyətləri haqda danışmaq mənim üçün böyük əhəmiyyət kəsb edirdi.
Azadmedia.az xəbər verir ki, bu barəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova konqres barədə təəssüratlarını bölüşərkən bildirib.
Qeyd edək ki, hazırda Bahar xanımın başçılığı ilə BMT nin Uşaq Hüquqları Komitəsinin 92 ci sessiyasında Azərbaycan Hökumətinin dövri hesabatlarını təqdim etmək üçün böyük nümayəndə heyəti Cenevrədədir. Səfər haqqında geniş məlumat veriləcək. Azərbaycandan gedən nümayəndə heyəti
yanvarın 23-24 ü tarixlərdə bu məsələ ətrafında vacib təqdimat edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.