AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bahar Muradova - İranla münasibətlərimizdə birgə əməkdaşlıq regionda sabitliyə xidmət edəcək

  • + A
  • - A
  • 23-01-2023, 13:14

    Bahar Muradova -  İranla münasibətlərimizdə birgə əməkdaşlıq regionda sabitliyə xidmət edəcək

    Xəbər verdiyimiz kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Nüfuzlu qadınların birinci beynəlxalq konqresi”ndə Azərbaycan nümayəndə heyəti adından iştirak və çıxış edib.
    Beynəlxalq tədbirdə iştirakdan məmnunlunu ifadə edən Komitə sədri ev sahibliyinə görə İran tərəfinə təşəkkürlərimini bildirib və
    “Nüfuzlu qadınların birinci beynəlxalq konqresi”nin işinə uğurlar diləyib.

    Lider qadınların müxtəlif formatlarda əməkdaşlıq imkanlarından faydalanması üçün yaradılan şəraiti təqdirəlayiq hesab edən Bahar xanım Azərbaycan və İran xalqları arasındakı mövcud tarixi, mədəni və dini ortaqlıqlarımız iki ölkə əlaqələrinin əsasını təşkil etməsindən, bu mənada dost İran və Azərbaycanın rəsmi dairələri münasibətlərimizin bu aspektini diqqətdə saxlamaslndan söz açaraq müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrindən formalaşan müasir Azərbaycan cəmiyyətində bütün qonşularımızla, o cümlədən, İranla münasibətlərimizdə xalqlarımız arasında daha güclü həmrəylik və əməkdaşlığın regionda sülh, sabitlik və rifaha töhfə olduğuna dərin inam olduğunu bildirib.
    Qürurla təmsil etdiyi Azərbaycan dövləti 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olaraq qadınlara seçmək və seçilmək hüququ verən, qızların təhsilinə qayğı göstərən ilk dövlətlərdən biri olmasını vurğulayan xanım Muradova bununla da qadınların müxtəlif sahələrdə təmsilçiliyinin artırılması sahəsində sıçrayışlı inkişafı şərtləndirməsini qeyd edərək Azərbaycan hökumətinin qadın hüquqlarının təşviqi və təmin olunması sahəsində beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb:
    "Daxili siyasətdə qadınların cəmiyyətin bərabər hüquqlu üzvü kimi potensialının reallaşdırılmasına yönələn mühüm dövlət sənədləri qəbul edir.

    Orta və uzunmüddətli dövr üçün konkret hədəf və nəticələrə hesablanmış dövlət proqramları, fəaliyyət planları reallaşdırır.

    Qadının cəmiyyətdə sosial statusunun yüksəldilməsinə təkan verən proqramların dəstəklənməsi daxil olmaqla, onun intellektual, təşkilatçı və yüksək mənəvi potensialının nümayiş etdirilməsinə ölkənin Birinci - Vitse Prezidenti xanım Mehriban Əliyeva əhəmiyyətli töhfələr verir.

    Sadalanan istiqamətlərdə əldə edilən nailiyyətlərimizlə həm fəxr edir, həm də yaxşı təcrübələrin öyrənilməsinə və bölüşdürülməsinə xüsusi diqqət ayırırıq".

    Komitədən verilən məlumata görə Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləei üzrə Dövlət Komitəsi bir sıra ölkələrin, o cümlədən İranın müvafiq dövlət orqanı ilə ikitərəfli əsasda əməkdaşlıq sənədi imzalamış və bu günədək bir sıra ikitərəfli görüşlər və müzakirələr aparılıb.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR