Qardaş Türkiyədə seçki prosesi başlayıb. Bizim sosial şəbəkələr istər-istəməz bu prosesə reaksiya verəcək. Eyni zamanda bu prosesdən Azərbaycanla Türkiyənin arasını vurmaq üçün istifadə edəcəklər. Ancaq bir şeyi başa düşməliyik: seçimi uca Türk milləti edəcək. Ərdoğana səs verəcək, onun rəqubinə səs verəcək, bu, Türk millətinin tərcihidir. Bizim tərcihimiz qutuda əks olunan milli iradəyə sayğı göstərməkdir.
Azadmedia.az xəbər verir ki, bu sözləri hüquqşünas
Taleh Şahsuvarlı Türkiyədə keçiriləcək seçkilərə münasibət bildirərkən deyib. Taleh bəy Ərdoğan Azərbaycan üçün sınaqdan çıxmış lider olmasını diqqətə çəkərək qeyd edib ki, Ərdoğan 44 günlük savaşda tutduğu mövqe ilə ən gözəl alqışlarımızı haqq edib. Ancaq Qılıncdaroğlu da Türkiyə siyasətinin yetişdirdiyi çox önəmli fiqurdur. Qılıncdaroğlu da, Akşener də ən azı Ərdoğan qədər Azərbaycanı sevən insanlardırlar. Onları qaralamaq olmaz. Ərdoğansız Türkiyənin Azərbaycanın yanında olmaması ermənilərin arzusudur. Ancaq Türkiyə Atatürk milliyyətçiliyini Ana yasasına yazmış bir ölkədir. Azərbaycan məsələsi Türkiyənin ontologiyaslnda yer alır. Ürəyinizi buz kimi tutun, Türkiyə-Azərbaycan ittifaqı heç bir halda sarsılmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.