AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Münhendə Ukraynaya alman tanklarının verilməsinə qarşı etiraz aksiyası keçirilib

  • + A
  • - A
  • 26-01-2023, 10:19

    Münhendə Ukraynaya alman tanklarının verilməsinə qarşı etiraz aksiyası keçirilib

    Azadmedia.az TASS-a istinadən xəbər verir ki, Münhendə cümə axşamı gecəsi alman tanklarının və silahlarının Ukraynaya verilməsinə qarşı nümayiş keçirilib.

    Etiraz aksiyasını Muenchen steht auf hərəkatı təşkil edib. Aksiya təşəbbüskarlarının Telegram kanalında nümayişdən video yayımlanıb.

    Bavariya paytaxtının yüzlərlə sakini Münhenin mərkəzi meydanında, Marienplatzda bələdiyyə binasının qarşısında toplaşıblar. Etirazçıların plakatlarında və bayraqlarında sülhə çağıran və Kiyevə tankların verilməsini tənqid edən yazıları görmək olar.
    Mənbənin məlumatına görə nümayiş iştirakçıları “yürüşün mövzusu yalnız sülh ola bilər” deyə bəyan etməklə məqsədlırinin müharibə olmamasını bəyan ediblər.
    Onlar Ukraynada “silahsız sülh”ün bərqərar olmasının və “müharibənin başqa bir forması kimi iqtisadi müharibənin başa çatmasının” tərəfdarıdırlar.
    Xatırladaq ki, Almaniya Nazirlər Kabineti Ukraynaya 14 Leopard 2A6 tankının göndərilməsi barədə qərar qəbul etdiyini açıqlamışdı. Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Berlinin Kiyev hakimiyyətinə tanklar göndərmək qərarını “son dərəcə təhlükəli” adlandırıb, onun sözlərinə görə, bu, “münaqişəni qarşıdurmanın yeni səviyyəsinə keçirir”.
    Tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR