Küveytin vəliəhd şahzadəsi hökumətin istefasını qəbul etdi. Parlamentlə davam edən böhran səbəbindən yanvarın 23-də istefa verən hökumətin qərarı qəbul 3 gün sonra qəbul edilib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Küveytin vəliəhd şahzadəsi Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah fərman verib.
Dərc edildiyi gündən qüvvəyə minən fərmanda istefası qəbul edilən hökumətin müvəqqəti hökumət kimi fəaliyyətini davam etdirəcəyi qeyd edilib.
Mətbuat yazır ki, , ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında böhran yanvarın 10-dan başlayıb. Hökumət üzvləri “Vətəndaşların kredit borcunun azaldılması haqqında” qanun layihəsini rədd edərək, Məclisin iclasını tərk ediblər
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.